BAKI, 9 aprel. TELEQRAF
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinqi şəbəkəsi tərəfindən 9 aprel 2025-ci il tarixində yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb.
Teleqraf xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.
Bildirilib ki, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb.
Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb.
Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.