BAKI, 22 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasına təmənnasız maddi-texniki yardımlar edilir.

Teleqraf xəbər veriri ki, bu sözləri fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.

O bildirib ki, bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan 10 ədəd xüsusi təyinatlı yanğınsöndürmə texnikası, KamAz markalı yanğınsöndürmə avtomobili Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə göndərilir:

"Bu texnikalar yanğınsöndürmə avtomobilləri, yanğınlar ilə effektiv mübarizə aparılması üçün bütün növ texniki vasitələr ilə təchiz edilib".