BAKI, 20 mart. TELEQRAF

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma Qaydası”nın tələblərinin yerinə yetirilməsi üzrə Tədbirlər planına əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeçiliyində olan sukanal idarələri qəza-bərpa və təmir-tikinti briqadalarının usta heyətinə 17-19 mart tarixlərində Təlim və İnnovsasiyalar İdarəsinin inzibati binasında qoşulma sahəsində aparılmış islahatlar, görülmüş işlər, yeni qanunvericiliyinin tələbləri və qarşıda duran vəzifələr mövzusunda təlim-treyninqlər keçirilib.

Teleqraf xəbər verir ki, təlim iştirakçılarına yeni qoşulma qaydalarına əsasən həyata keçirilən proseslər çərçivəsində texniki şərtlərin verilməsi prosedurları izah olunub, layihə sənədlərinin hazırlanması, icra mexanizmlərinin tətbiqi, vətəndaş-qurum münasibətlərinin minimuma endirilməklə şəffaflığın daha da artırılması, proseslərin tam elektron formada həyata keçirilməsi üsulları diqqətə çatdırılıb.

Bununla yanaşı su təchizatının etibarlılığının təmin olunması, baş vermiş qəzaların aradan qaldırılması və su itkilərinin minimuma endirilməsi məqsədilə görüləcək işlər barədə ətraflı məlumatlar verilib.