
BAKI, 20 mart. TELEQRAF
Xalqımızın milli ruhunu, qədim adət-ənənələrini özündə yaşadan Novruz bayramı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsi və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində təntənəli şəkildə qeyd edilib.
Penitensiar xidmətdən Teleqraf-a verilən məlumata görə, bayram münasibətilə müəssisələrdə xüsusi tədbirlər təşkil edilib. Məhkum qadınlar və yeniyetmələr üçün keçirilən tədbirdə onların hazırladığı Novruzun rəmzlərini və adət-ənənələrini əks etdirən əyləncəli və musiqili proqramlar nümayiş olunub.











