BAKI, 20 mart. TELEQRAF

Milli Hidrometeorologiya Xidmətinin martın 20-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir.

Xidmətdən Teleqraf-a verilən məlumata görə, hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala və Şəmkirdə 20 m/s, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dək güclənib.

Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Şahdağda 9, Qaxda (Sarıbaş) 5, Qusarda (Laza) 4, Qrızda 3, Xınalıqda 2, Daşkəsən və Xaltanda 1 sm-dir.

Düşən yağıntının miqdarı isə Zaqatalada 72, Balakəndə 50, Şəkidə 40, Şəmkirdə 25, Tovuzda 24, Gədəbəydə 21, Gəncədə 18, Oğuzda 17, Göygöl və Qəbələdə 15, Bakıda və Abşeron yarımadasında 8, Quba, Sabirabad, Lerik, Qobustan və Şahbuzda 5, Ağstafa, Yardımlı və Lənkəranda 4, Mingəçevir, Beyləqan, Goranboy, Cəfərxan, Ceyrançöl və Şərurda 3, Tərtər, İmişli, Sədərək və Culfada 2, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Şuşa, Laçın, Xocalı, Füzuli, Kəlbəcər, Astara, Naftalan, Şabran, Ordubad və Naxçıvanda 1 mm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.