BAKI, 20 mart. TELEQRAF

Bu gündən Azərbaycanda bayram tətili başlayır.

Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədovun Qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Martın 20-dən aprelin 1-dək - ardıcıl 12 gün qeyri-iş günüdür.

Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramına təsadüf edəcək.

Ölkədə bayramdan sonra ilk iş günü aprelin 1-i olacaq.