
BAKI, 17 mart. TELEQRAF
Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artırılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hakimlər - Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanova, Yasamal Rayon Məhkəməsinin hakimi Kamil Əliyev və Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunublar.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadə analıq məzunuyyətinə çıxıb. Hakim Azad Məcidov isə təqaüd yaşı çatdığı üçün icraatına iş verilmir.