
BAKI, 17 mart. TELEQRAF
Bakıda Novruz bayramına hazırlıqlar başa çatıb.
Teleqraf xəbər verir ki, builki əsas tədbir martın 18-də İlaxır çərşənbəsi günü "Gənclik" metrosunun yaxınlığında yaradılan yeni parkda keçiriləcək.
Paytaxtdakı əsas bayram tonqalı da burada yandırılacaq.
Bundan başqa, şəhərin bütün mərkəzi küçələrində iməclik keçirilib, şəhər yuyulub, işıq dirəkləri rənglənib, yeni güllər əkilib, bəzəklər quraşdırılıb.
"AzNeft" dairəsində milli atributlarımız quraşdırılıb və işıqlandırılıb. Neftçilər prospekti boyunca yeni işıqlandırma sistemi quraşdırılıb.
Qeyd edək ki, bu gündən etibarən Bakının rayonlarında da Novruz bayramı tədbirləri keçirilir.
Foto: Firudin Səlimov