BAKI, 15 mart. TELEQRAF

İctimai səhiyyə birinci məsələdir.

Teleqraf xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal səhiyyə böhranda: hazırlıq və bərabəlikdə yeni cəbhələr" mövzusunda keçirilən panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, səhiyyə sistemi təkcə xəstəxanalardan, tibbi personaldan ibarət deyil, o, kompleks bir sistemdir.

İsmayıl Seragəldin bildirib ki, qızılca, məxmərək kimi yoluxucu xəstəliklərlə daha fəal mübarizə aparılmalıdır:

"Biz baş vermiş hadisələrdən dərs götürməliyik. Hesabatdan aydın olub COVID-dən 7 milyon insan dünyasını dəyişib. Vaxtında tədbir görməliyik ki, belə səbəblərdən daha 30 milyon insan tələf olmasın".

O, həmçinin bildirib ki, pandemiya dövründə ÜST-ün vacibliyi bir daha gündəmə gəldi.

"Biz iqlim dəyişmələrinin, pandemiyanın nələrə gətirib çıxara biləcəyini bilməzdik. ÜST olmasa idi, biz nə edə bilərdik? Buna görə biz ÜST-ü gücləndirilməliyik", - deyə əlavə edib.