BAKI, 15 mart. TELEQRAF

"Süni intellektlə bağlı fərdlərin problemlərini aşkarlayıb, onlara tövsiyələr vermək mümkündür".

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal səhiyyə böhranda: Hazırlıq və bərabəlikdə yeni cəhbələr" mövzusunda keçirilən panel müzakirədə deyib.

Nazirin sözlərinə görə, dünya hazırda keçid dövründədir:

"Biz tarixi keçid nöqtəsindəyik. Dünya səhiyyə məsələsində çatışmazlıqlarla üzləşir. Süni zəka ilə problemləri həll edə bilərik. Bu, ilkin tibbi xidmətlərin genişlənməsinə kömək edəcək. Həmçinin fərdlərin problemlərini aşkarlayıb onlara kömək etmək mümkündür. Bunu qanunvericilikdə əks etdirməliyik ki, etik istifadə olunsun. Pasiyentlərin hüquqları qorunması məsələsində bu, vacibdir".