
BAKI, 15 mart. TELEQRAF
612 milyon qadın silahlı münaqişə şəraitində yaşayır.
Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gender-Təhlükəsizlik-İqlim Bağlantısı” panel müzakirələrində Liviyanın Avropa İttifaqındakı sabiq səfiri, şahzadə Talal bin Əbdüləziz Əl Səudun baş müşaviri Farida Allaqi bildirib.
O bildirib ki, beynəlxalq ictimaiyyət 130 il ərzində qadınlar arasında yoxsulluğun aradan qaldırılmasına çalışsa da hələ də gözlənilən nəticə əldə olunmayıb.
“Mən 17 ildir Səudiyyə Ərəbistanında yaşayıram. Əgər bu ölkəyə nəzər salsanız əminəm ki, böyük təəccüb hissi keçirəcəksiniz. Burada qadınlar aparıcı sənaye sahələrində üstünlük təşkil edir və onların payı getdikcə artmaqdadır. Amma bunu bütün dünyada tətbiq etmək lazımdır. Çünki qadınların dünyada rolunun artırılmasına ehtiyac var. Bunun üçün qadın siyasətçilər və liderlərin prioritet məsələlərə cəlb olunması vacibdir", - Farida Allaqi qeyd edib.