
BAKI, 13 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,4 milyondan çox sərnişin daşıyıb.
Bu barədə Teleqraf-a Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.
O cümlədən, son 1 ildə qatarla səfər edən xarici turistlərin sayı 38% artaraq 3 763 olub.