
BAKI, 7 mart. TELEQRAF
"Yaxşı olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün keçirilən plenar iclasda Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu, onların sosial hüquqların qorunması baxımdan vacibdir:
"Həmçinin ipoteka kreditləşməsinin təkmilləşdirilməsi ilə bağlı təqdim olunan təkliflər təqdirəlayiqdir. Bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı".