BAKI, 7 mart. TELEQRAF

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranmışdı və qatar Goradil sahəsində yarım saata qədər dayanmışdı.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-a bildirilib ki, artıq qatarların normal fəaliyyəti bərpa olunub.

***

19:53

BAKI, 7 mart. TELEQRAF

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-a bildirilib ki, qatar Goradil sahəsində yarım saata qədər dayanıb. Bu, pik saatlar olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də təsir göstərib. Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

İctimaiyyətə əlavə məlumat veriləcək.