BAKI, 14 fevral. TELEQRAF

Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

Belə ki, "Tofaş" markalı avtomobilin aşması nətisində iki nəfər - Elxan Qurbanov və Fazil İbrahimov xəsarət alıblar.

Onlar dərhal Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.