![](https://teleqraf.az/storage/2025/02/11/715x378/645a7a8e-336a-4d07-9c37-c9ee34fb094b.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror əməliyyatları zamanı şəhid olmuş Cavid Səfərovun qardaşı doğulub.
Teleqraf xəbər verir ki, Tərtər rayon sakini, şəhid anası Günel Bayramlı Bərdə Rayon Mərkəzi Xəstəxanasının "Doğum evi"ndə oğlan uşağı dünyaya gətirib.
Yeni doğulan körpənin çəkisi 3.700 qr, boyu 50 sm-dir. Həkimlər ana və körpənin vəziyyətinin yaxşı olduğunu bildirirlər.
Qeyd edək ki, Səfərov Cavid Rövşən oğlu 2005-ci il yanvar ayının 24-də Tərtər rayonunun Seydimli kəndində anadan olub.
O, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş C.Səfərov Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.