BAKI, 11 fevral. TELRQRAF

Lənkəranda hərəkətsiz dayanan avtomobil anidən sürüşərək, kanala düşüb.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə şəhərin "xəstəxana yolu"nda baş verib.

Belə ki, sürücü yanacağı bitən "KİA" markalı avtomobili kanal ətrafında saxlamağa məcbur olub. O, avtomobilin baqaj hissəsindən yanacaq götürmək istəyərkən, anidən avtomobil sürüşərək kanala düşüb.

Görülən tədbirlər nəticəsində avtomobil kanaldan çıxarılıb.

Qeyd edək ki, avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğuldur və həmin vaxt nəqliyyat vasitəsində sərnişin olmayıb.