GƏNCƏ, 10 fevral. TELEQRAF

Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Elçin Əsgərov təyin edilib. Bu gün yeni rəisin təqdimatı olub.

Qeyd edək ki, Elçin Əsgərov daha əvvəl Tovuz Regional Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.