
BAKI, 8 fevral. TELEQRAF
Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.
Teleqraf-ın xəbərinə görə, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.
1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.