BAKI, 8 fevral. TELEQRAF

Bu gün saat 13:10 radələrində 3 nəfər (1 qadın cinsli, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

***

13:35

GƏNCƏ, 8 fevral.TELEQRAF

Gəncədə "BMW X-5" "Hundai" ilə toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Atabəylər küçəsində qeydə alınan qəza zamanı 42 yaşlı Eldəniz Atakişiyev, 39 yaşlı Elçin Əliyev və 30 yaşlı Sevinc Əliyeva xəsarət alıblar.

Yaralılar yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan iki nəfərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

***

12:55

GƏNCƏ, 8 fevral. TELEQRAF

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, "Hundai" markalı avtmobillə "BMW X-5" markalı avtomobil toqquşub.

Qəza zamanı üç nəfərin xəsarət aldığı bildirilir.