BAKI, 7 fevral. TELEQRAF

Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən "Yodbrom" MMC-də baş verib. Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.