Özəl sektor elektron hökumətin alətləri bazasında ödənişli xidmətlər göstərə bilər.

Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, bu addım 2015-ci ildə Azərbaycanda elektron hökumətin inkişafının prioritet istiqaməti olacaq: "Elektron hökumətin mobil platformasının formalaşdırılması özəl sahibkarlara əhaliyə ödənişli xidmətlər göstərməyə imkan yaradacaq. Platforma əhaliyə birbaşa mobil qurğular vasitəsilə elektron xidmətlərdən istifadə etməyə imkan verəcək".

Qeyd edək ki, hazırda portalda 5 dövlət qurumunun 17 xidməti təqdim olunub. Xidmətlər mobil platformaya inteqrasiya etdirilə bilər.