Ən yüksək uğur qazanan azərbaycanlı gənclər həyat təcrübəsini bölüşür
Yanvarın 29-u "ASAN Könüllüləri" Gənclər Təşkilatı, ADA Universiteti və "ADA Angle" klubunun birgə təşkilatçılığı ilə "1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsinin növbəti görüşü keçiriləcək.
"ASAN Könüllüləri" Gənclər Təşkilatından verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gənclərin öz bilik və təcrübələrini bölüşmək, fərdi inkişafın gənclərin həyatındakı önəminə diqqət çəkməkdir.
Layihənin növbəti təqdimatçısı İllinoys Universitetinin İnformasiya Elmləri ixtisası üzrə magistr pilləsinin məzunu, “TEDxFrankfurt” ilk azərbaycanlı spikeri, Dünya Bankı, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, "Qatar Foundation" kimi qurumlarda hazırda isə “Springer” nəşriyyat evində çalışan Seymur Rəsulov olacaq. Təqdimatçı iştirakçılara öz həyat təcrübəsi ilə bağlı fikirlərini bölüşəcək, onların maraqlandıran sualları cavablandıracaq.
NİGAR