Separatçıların “keçmiş müdafiə naziri” Levon Mnatsakanyan Laçında sərhəd-keçid məntəqəsində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Vətəndaş Şüuru” QHT-sinin rəhbəri Narek Samsonyan məlumat verib.

“General-leytenant Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən keçid məntəqəsində azərbaycanlılar tərəfindən saxlanılıb”, - Samsonyan bildirib.