
Baş prokuror Zakir Qaralovun Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayon sakinləri ilə yanvarın 18-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qəbul yanvarın 25-də saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.