Prezident İlham Əliyev Özbəkistana yeni səfir təyin edib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə o, Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb.