BAKI, 22 aprel. TELEQRAF

Azərbaycanın Baş naziri Əli Əsədov Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstanın Astana şəhərinə işgüzar səfər edib.

Teleqraf xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Əli Əsədovu Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.