BAKI, 20 aprel. TELEQRAF

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP), digər adı ilə Zəngəzur dəhlizi kimi təşəbbüslər Şərq-Qərb əlaqələrinin dayanıqlılığını və şaxələndirilməsini daha da gücləndirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Körfəz-Mərkəzi Asiya Beyin Mərkəzlərinin onlayn forumunda çıxışında bildirib.

"Əlaqəlilik (connectivity) C6 gündəliyinin əsas sütunlarından biri olaraq qalır. Bura infrastrukturun inkişafı, rəqəmsallaşma və mövcud maneələrin aradan qaldırılması daxildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan artıq "vahid geosiyasi və geoiqtisadi region"u təşkil edir. Bu fikir yalnız siyasi baxışı deyil, həm də formalaşmaqda olan logistik və iqtisadi reallığı əks etdirir. Mərkəzi Asiya ölkələri və Azərbaycan getdikcə “Orta Güc” (Middle Powers) kimi çıxış edirlər",- o qeyd edib.