BAKI, 21 aprel. TELEQRAF

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması bizim üçün olduqca vacibdir.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas qurumun xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün keçiriləcək müzakirələrin əsas hissəsi Ermənistan və Azərbaycana həsr olunacaq:

"Biz, həmçinin Ermənistan üçün yeni missiyanı və bu ölkənin Azərbaycanla münasibətləri istiqamətində gələcək fəaliyyətimizi müzakirə edəcəyik".