BAKI, 16 aprel. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ş.Papuaşvili "X" hesabında paylaşım edib.
Gürcü spiker qeyd edib ki, Gürcüstan parlamentində təsis edilmiş ilk Parlament Fəxri medalını azərbaycanlı həmkarına təqdim etmək onun üçün xüsusi şərəfdir.