BAKI, 17 aprel. TELEQRAF

İran parlamentinin üzvü Əhməd Naderi bildirib ki, Hörmüz boğazında dəniz nəqliyyatının idarə olunması və tənzimlənməsindən əldə edilən gəlirlər ildə 10-15 milyard dollar təşkil edəcək .

Teleqraf xəbər verir ki, Əhməd Naderinin fikrincə, bu gəlirin əhəmiyyətli bir hissəsi naviqasiya, təhlükəsizlik və tranzit idarəçiliyinin təmin edilməsinə sərf olunacaq.

"Beləliklə, İranın məqsədi bəzilərinin təklif etdiyi kimi şantaj sistemi yaratmaq deyil, bu həssas su yolunu tənzimləmək üçün qanuni və şəffaf bir sistem yaratmaqdır" - məlumatda qeyd olunur.