BAKI, 17 aprel. TELEQRAF

ABŞ-nin Kubaya qarşı mümkün hərbi əməliyyata hazırlaşması ilə bağlı məlumatlar Vaşinqtonun diqqəti Yaxın Şərqdəki vəziyyətdən yayındırmaq cəhdi kimi qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə “Responsible Statecraft” nəşri yazıb. Qeyd olunur ki, ABŞ administrasiyası Yaxın Şərqdə yaranmış mürəkkəb vəziyyət fonunda yeni gərginlik ocağı yaratmaqla diqqəti başqa istiqamətə yönəltməyə çalışa bilər.

Məlumata görə, nəşr Vaşinqtonun regionda üzləşdiyi çətinliklərə ABŞ hərbçilərinin itkilərini, yanacaq qiymətlərinin artmasını və iqtisadi artım proqnozlarının azalmasını misal göstərib. Bildirilir ki, bu amillər qlobal iqtisadi tənəzzül riskini artırır.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın Kuba ilə bağlı konkret qərarı və uzunmüddətli strategiyası hələlik açıqlanmayıb, Konqres üzvləri isə yaxın zamanda hərbi əməliyyatın başlanacağını gözləmirlər.

Məlumata görə, daha əvvəl “USA Today” ABŞ-nin Kubaya qarşı mümkün hərbi əməliyyatı planlaşdırmağa başladığını yazıb. Bununla yanaşı, Pentaqon bu iddiaları təkzib edərək onları spekulyasiya adlandırıb.