BAKI, 17 aprel. TELEQRAF

"Macarıstan siyasətini və Orbanın siyasətini qiymətləndirərkən ehtiyatlı olmağı məsləhət görərdim. Cənab Orban praqmatik, realistdir. Mediadan eşitdiyim budur. Bəs niyə uduzdu? Bu o deməkdir ki, siyasətdə, xüsusən də daxili siyasətdə ciddi qüsurlar olub. Axı, insanlar ölkə daxilində səs veriblər. Onların səhv etdiyini demək olmaz, çünki fərq çox böyükdür. Bu o deməkdir ki, Peter Maqyarın təmsil etdiyi müxalifət aydın və cəlbedici mövqe təklif edib. Onlar (Viktor Orbanın Fidesz partiyası, - red) yəqin ki, çox danışıblar, amma ölkə daxilində hər şeyi etməyiblər. Müxalifət bunu bilib".

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Macarıstan Baş naziri Viktor Orbanın parlament seçkilərində uduzmasını şərh edərkən bildirib.

Lukaşenko hesab edir ki, Macarıstan seçkilərində qalib gələn Tisza partiyası tam müxalifət partiyası hesab edilə bilməz, çünki onun lideri Peter Magyar uzun müddət Orbanın Fidesz partiyasının üzvü olub.

"Orban Avropa Birliyinin onun tərəfində olmayacağını bilirdi. Sən siyasətçisən, partiyan var. Buna müqavimət göstərməli idin. AB açıq şəkildə müxalifəti dəstəkləyirdi. Amerikalılar açıq şəkildə Orbanı dəstəkləyirdilər. Deməli, məsələ bunda deyil. Söhbət daxili siyasətdə buraxılan səhvlərdən gedir. Zaman kimin haqlı, kimin haqsız olduğunu göstərəcək", - deyə Lukaşenko bildirib.

O, Qərb ölkələrinin yerli müxalifəti dəstəklədiyi, lakin bu, xalqın etimadını qazana bilmədiyi Belarusu nümunə gətirib: "Burada da Qərb bütün həyatımız boyu müxalifətimizi dəstəkləyib və maliyyələşdirib. Nə olsun? Bu normaldır, çünki bütün səhvlərə və çatışmazlıqlara baxmayaraq, biz hələ də öz xalqımıza qarşı normal siyasət yürüdürük", - deyə Lukaşenko qeyd edib.