BAKI, 17 aprel. TELEQRAF

İsveçrə münaqişə zonalarına silah ixracına qoyulan qadağanın yumşaldılması ilə bağlı referendum keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin ATS xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İsveçrə Sosial Demokrat Partiyası, Yaşıllar, İsveçrə Yevangelist Xalq Partiyası və bir neçə qeyri-hökumət təşkilatının nümayəndələrindən ibarət təşəbbüs qrupu cümə günü referendum keçirmək üçün ərizə təqdim edib.

Referendumun təşəbbüskarları qanunun yumşaldılmasının İsveçrənin ABŞ da daxil olmaqla bir neçə ölkəyə silah ixracına imkan verəcəyi fikri ilə razılaşmırlar. Onlar İsveçrə istehsalı olan silahların mülki və beynəlxalq münaqişə zonalarında və ya insan hüquqlarını kobud şəkildə pozan rejimlərin əlində qalması ehtimalına qarşı çıxıblar.

2025-ci ilin dekabr ayında Milli Şura (İsveçrə parlamentinin böyük palatası) İsveçrə silahlarının münaqişə zonalarına ixracını qadağan edən qanunu yumşaltmaq qərarına gəldi.

Hazırkı İsveçrə qanunvericiliyi konfederasiyanın neytral statusuna görə münaqişə zonalarına silah ixracını və təkrar ixracını qadağan edir. Bu səbəbdən, Almaniya, Danimarka və İspaniya kimi ölkələrdən edilən sorğulara baxmayaraq, İsveçrə silahları və sursatları hələ də Ukraynaya göndərilməyib.