BAKI, 11 aprel. TELEQRAF

Pakistan Xarici İşlər Nazirliyi İran nümayəndə heyətinin İslamabada gəldiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi açıqlamada bildirilib.

Qeyd olunub ki, nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.

Pakistanın xarici işlər naziri İshaq Dar tərəflər arasında konstruktiv dialoqun aparılacağına ümid etdiyini bildirib. O, həmçinin ölkəsinin münaqişənin davamlı və uzunmüddətli həlli üçün tərəflərə dəstək verməyə hazır olduğunu vurğulayıb.