BAKI, 4 sentyabr. TELEQRAF
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, V.Sadıqov bundan əvvəl Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.