BAKI, 3 sentyabr. TELEQRAF
Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının yekun bəyənatı qəbul edilib.
Teleqraf xəbər verir ki, “Təhlükəsiz yaşayış məntəqələri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi: şəhərlərin bərpası üçün humanitar minatəmizləmə” mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransının yekun bəyanatı iki günlük tədbirin yekununda qəbul edilib.
Sənədi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev səsləndirib.