BAKI, 10 aprel. TELEQRAF

Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.