BAKI, 10 aprel. TELEQRAF
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Böyük Britaniyanın Baş naziri Kir Starmeri enerji siyasətindəki uğursuzluğa görə məsuliyyəti başqalarının üzərinə atmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Starmer uğursuz enerji siyasətinə görə məsuliyyəti qəbul etmək əvəzinə, bunu digər ölkələrin üzərinə yönəltməyə çalışır.
Dmitriyev həmçinin Starmerin siyasi fəaliyyətini Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin fəaliyyəti ilə müqayisə edərək fərqlərin aydın olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl “Politico” nəşri Starmerin enerji qiymətlərindəki artıma görə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampı ittiham etdiyini yazmışdı.