İran və ABŞ nümayəndələri arasında planlaşdırılan danışıqlar Livanda hücumlar dayandırılmayınca başlamayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, İslamabadda keçirilməsi nəzərdə tutulan görüş ABŞ-nin Livanda atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməsinə qədər təxirə salınıb. Mənbə qeyd edib ki, İsrailin hücumları dayandırılmayınca danışıqlara başlanmayacaq.

Eyni zamanda, agentlik İran nümayəndə heyətinin Pakistanın paytaxtına gəldiyi ilə bağlı yayılan məlumatları da təkzib edib və bu xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayıb.