BAKI, 23 fevral. TELEQRAF
Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət sazişi üzrə səsverməni təxirə salmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Buna səbəb ABŞ Prezidenti Donald Trampın Ali Məhkəmənin əvvəlki qlobal tariflərini ləğv etməsindən sonra vahid 15 faizlik idxal tarifini tətbiq etməsi olub.
Avropalı deputatlar hesab edirlər ki, ABŞ ilə ticarət sazişində balans pozulub. Sazişdə Aİ-dən idxal tariflərini azaltması tələb olunur, ABŞ isə tarifləri 15%-ə qaldırır.
Fevralın 20-də ABŞ Ali Məhkəməsi Donald Tramp tərəfindən tətbiq edilən tariflərin əksəriyyətini ləğv edib. Hakimlər Amerika liderinin Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa əsasən tarifləri tətbiq etmək səlahiyyətinin olmadığına qərar veriblər.