BAKI, 19 fevral. TELEQRAF

Ötən həftə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə görüşdüm. Gerçək liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hamınıza təşəkkür edirəm.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı bildirib.

“Biz tərəfdaşlığınız üçün sizə minnətdarıq. Xüsusilə də ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinə təşəkkür edirəm. Onlar gerçək liderliyin nələrə nail ola biləcəyini göstərdilər. Silahları və dağıntıları bir kənara qoyub insanlara və rifaha sərmayə yatırdıqda böyük nailiyyətlər əldə etmək mümkündür. Beləliklə, etdiyiniz işlər üçün hər ikinizə təşəkkür edirəm”, - Vens qeyd edib.