BAKI, 27 yanvar. TELEQRAF

Milli Məclisə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi təqdim olunub.

Teleqraf xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə hazırlanan qanun layihəsi müzakirə üçün Milli Məclisə təqdim edilib.

Qanun layihəsi yanvarın 28-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirə olunacaq.