BAKI, 23 yanvar. TELEQRAF

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov bu ölkənin Moisey şəhərində keçirilən hüquq parlament komissiyalarının İllik Üçüncü İclasında iştirak edib.

Teleqraf xəbər verir ki, iclasın mövzusu “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi” olub.

Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniyadan parlament nümayəndə heyətləri, həmçinin Rumıniyada akkreditə olunmuş Azərbaycan, Qazaxıstan və Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri xüsusi qonaq qismində iştirak edirlər.

Q.Osmanov iclasda çıxışı zamanı qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüququn aliliyi dövlətçiliyin və suverenliyin əsasını təşkil edir, eyni zamanda sülhün möhkəmləndirilməsi, regional sabitliyin təmin olunması və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.