BAKI, 9 yanvar. TELEQRAF

BMT-nin baş katibi Antonio Quterreş üzv dövlətləri özlərinin yaratdıqları beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə onun sözçüsü Stefan Dujarrik ABŞ Prezidenti Donald Trampın beynəlxalq hüquqa ehtiyacı olmadığı barədə fikirlərini şərh edərkən bildirib.

8 yanvarda jurnalistlərlə söhbəti zamanı Amerika lideri səlahiyyətlərinin məhdudlaşdırılmasını beynəlxalq hüquqa deyil, yalnız öz əxlaqına əsaslandırdığını bildirib. O, beynəlxalq normaları nəzərə almağa ehtiyac duymadığını deyib.