BAKI, 31 oktyabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Zəngəzur dəhlizi ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

“Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisi yekunlaşma mərhələsinə çatır. Azərbaycan regionda nəqliyyat və logistika əlaqələrinin qurulması üçün ərazidə intensiv işləri davam etdirir!”.