BAKI, 30 sentyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən toplantısında Ermənistanla münasibətlərin hazırkı səviyyəsindən danışılıb

Teleqraf xəbər verir ki, müşavirədə Ermənistanla normallaşma prosesinin başladıldığını diqqətə çatdırıb.

"Azərbaycan ilə Naxçıvan arasında maneəsiz nəqliyyat xətti mühüm əhəmiyyət kəsb edir və bu regiondakı bütün ölkələrin maraqlarına cavab verir. Eləcə də yekun sülhün təmin olunması istiqamətində iradəmiz ifadə olunub", - deyə iclasda qeyd edilib.

Təhlükəsizlik Şurasının üzvləri Türkiyənin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətindəki iradəsini vurğulayıblar.

İclas iştirakçıları Ermənistanla normallaşma prosesi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyəti, Kipr, Suriya, İraq və Ukrayna-Rusiya müharibəsi kimi məsələləri də diqqət mərkəzində saxlayıblar.