BAKI, 8 avqust. TELEQRAF
Fələstin bir sıra digər ölkələrlə birlikdə İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatını dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edir.
Teleqraf xəbər verir ki, bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur jurnalistlərə açıqlamasında deyib.
Mənsurun sözlərinə görə, bir neçə ölkə görüşün avqustun 9-da keçirilməsində təkid edir:
“Biz mümkün qədər tez, dərhal görüşməyə üstünlük veririk".