BAKI, 6 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram", - deyə paylaşımda qeyd olunub.