BAKI, 21 may. TELEQRAF

"Moskva və İrəvan müttəfiq və strateji tərəfdaşdırlar".

Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu İrəvana səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.

"Biz müttəfiqlərik, strateji tərəfdaşlarıq. Bu gün mətbuat konfransında kifayət qədər təxribatçı suallara cavab olaraq, müttəfiqliyimizi və hər iki tərəfin öhdəliklərinə sadiqliyimizi bir daha təsdiqlədik", - Lavrov qeyd edib.